Manifest


10 dekabr Gənclər Təşkilatının Manifesti


Biz insan hüquq və azadlığının aliliyinə, insan şəxsiyyətinin toxunulmazlığına olan sarsılmaz inamımızla yola çıxırıq.

Bizim arzumuz yeni deyil, mütərəqqi bəşəriyyət daim azadlıq yanğısı ilə alovlanmış, min cür məşəqqətlərə baxmadan bu yolda yürümüşdür.

Biz insan hüquqlarını ayaq altına atanları, buna bəhanə uyduranları ittiham edirik.

Biz dinindən, dilindən, irqindən, siyasi görüşündün asılı olmadan bütün insanların azad və ədalətli ölkədə yaşamağa layiq olduğunu bəyan edirik.

Biz hər cür milli, sinfi, dini ayrıseçkiliyə qarşıyıq, insan hüquqları bütün anlayışların fövqündə dayanır. Biz hamının xoşbəxt yaşayacağı bir ölkə arzulayırıq.

Yaxın tariximizdə, qonşu xalqların eləcə də digər ölkələrin simasında bir adi bir həqiqəti dəfələrlə müşahidə etmişik: Azadlıq olmadan heç bir resurs insanları xoşbəxt edə bilməyib.

Biz bir daha Azərbaycanı sevməyə çağırırıq. Resursları mənimsənilən, övladlarının hüquqları ən ucuz əmtəəyə çevrilən bir ölkənin bu gün buna hər şeydən çox ehtiyacı var.

Azərbaycana sevgimiz mütləq qələbə çalacaqdır!