15.04.2010

«10 DEKABR» Gənclər Təşkilatı yaradıldı



5 aprel 2010-cu ildə Azərbaycanda yeni gənclər təşkilatı təsis edilib. «10 DEKABR» Gənclər Təşkilatının əsas məqsədi insan hüquq və azadlıqlarının, demokratik dəyərlərin təmin edilməsi və gənclərin bu prosesdə fəal iştirakına yardım etməkdən ibarətdir.

Qeyd edək ki, 10 dekabr 1948-ci ildə BMT İnsan Hüquqları Haqqında Ümumi Deklorasiya qəbul edilib. 1950-ci ildən etibarən bütün dünyada 10 dekabr insan hüqüları günü kimi qeyd edilir.

10 Dekabr Gənclər Təşkilatının Təşkilat Komitəsi 5 gəncdən ibarətdir. Nahid İsmayıl, Ülvi Həsənli, Turxan Qarışqa və Sənubər Heydərli.

Hiç yorum yok:

Yorum Gönder